
"Avtovağzal sentyabr ayının 9-dan 15-ə qədər gücləndirilmiş iş rejmində olacaq".
Bunu Qaynarinfo.Az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmisi Məhəmməd Abdullayev deyib.
Məhəmməd Abdullayev sentyabr ayın 9, 10 və 11-i bayramla əlaqədar paytaxtdan bölgələrə sərnişin sıxlığının müşahidə olunacağını gözlənilir. Gələn həftənin əvvəlindən isə bölgələrdən paytaxta sərnişin sıxlığı olacaq.
Qurum rəsmisi bunu həm bayrama gedib-qayıdan insanların, həm də dərs ilinin başlamasına görə tələbələrin bölgələrdən Bakıya gəlməsi ilə əlaqələndirib.
Məhəmməd Abdullayev qeyd edib ki, avtovağzal gücləndirilmiş iş rejmində olacaq. Xəttə əlavə olaraq 200-ə yaxın avtobus buraxılacaq.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az