Xəbər lenti

Xeyir-şər evindən oğurluq edənlər tutuldu
Ölkə06:56 01.02.2014

Xeyir-şər evindən oğurluq edənlər tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə xeyr-şər evindən samovar oğurlayan 3 nəfər saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 15 gün əvvəl şəhər sakini Elşən İsmayılov polisə müraciət edərək Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın xeyir-şər evindən 730 manat dəyərində 2 samovarın oğurlandığını bildirib.

Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehrab Hüseynzadə, Xəyal Kazımzadə və Emin Əsədov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.

Qaynar.info