
Ziynet Sali Xəyyamla klip təqdim edəcək
7 il öncə İstanbul adlı mahnını solo şəkildə ifa edən Xəyyam Nisanov mahnının yeni versiyasını təqdim etməyə hazırlaşır. Lakin o bu dəfə, mahnını tək yox, türkiyəli həmkarı Ziynet Sali ilə birlikdə oxuyub. Qaynarinfo.az xəbər verir ki, Xəyyam hətta mahnıya klip çəkdirib. İfaçı özü bu haqda açıqlama verib:
““İstanbul” adlı mahnımı duet şəklində Türkiyənin çox tanınmış və sevilən bir müğənnisi, Ziynet Sali ilə birlikdə ifa etmişik. Hətta klipimiz də hazırdır. İnşallah bu həftə klipimizi təqdim edəcəyik. Mahnı həm Azərbaycan həm Türkiyə kanallarında yayımlanacaq. Ziynet klipin təqdimatı üçün Bakıya təşrif buyuracaq”.
Qaynarinfo.az