Xəbər lenti

Xəzər dənizi dondu - FOTOLAR
Ölkə14:30 06.02.2014

Xəzər dənizi dondu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər havaların şaxtalı keçməsi nəticəsində Xaçmaz rayonunun Nabran yaşayış məntəqəsi ərazisində Xəzər dənizinin suları donub.

SalamNews-un verdiyi xəbərə görə, ağ rəngə bürünən Xəzərin suları sahildən içəriyə doğru xeyli məsafədə donub, iri buzlaqlar əmələ gəlib. Yerli sakinlərin dediklərinə görə, dənizin bu hissəsi sonuncu dəfə 1969-cu ildə belə donub. Xəzər dənizinin üzü şimala getdikcə daha çox donduğu müşahidə edilir. Dənizdəki buz qatının qalınlığı isə təxminən 30 sm-dən 1 metrə qədər çatır. Həmçinin dənizin ortasından donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür.

Qaynar.info