Xəbər lenti

Xəzər dənizi quruyur
Ölkə14:59 25.06.2015

Xəzər dənizi quruyur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə təxminən 30 sm-dək enib”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. 
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2005-ci ildən azalır. Bu proses 2009-cu ildən daha intensivləşməyə başlayıb.
N.Əhmədov bildirir ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən - 28 metr aşağıdır. Mütəxəssis suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu deyib: “Suyun səviyyəsinin düşməsi onun özünü təmizləmə qabiliyyətini azaldacaq və canlıların həyat səviyyəsi aşağı düşəcək” .
Mütəxəssis, Xəzərdə suyun azalmasına iqlim, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması kimi faktorların da təsir etdiyini bildirir. N. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir.//APA
Qaynar.info