Xəbər lenti

Xəzər dənizində canlılar niyə kütləvi tələf olur? (VİDEO)
Video 09:55 05.08.2024

Xəzər dənizində canlılar niyə kütləvi tələf olur? (VİDEO)

Xəzər dənizində kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Canlılaırn kütləvi tələfi Xəzərin bütün hövzələrində müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.

Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov deyir ki, zəhərli maddələrin suya atılması canlıların kütləvi məhvinə səbəb ola bilər.

Səid Səfərovun sözlərinə görə, dəniz canlılarının ölməsinin bir çox səbəbləri var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olur.

Qeyd edək ki, Xəzərdə canlıların kütləvi ölümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada elmi araşdırmalar aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->