Xəbər lenti

Xəzər dənizində daha bir nəfər batdı
Ölkə07:26 21.07.2016

Xəzər dənizində daha bir nəfər batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzər dənizində bir nəfər boğulub.

"Qaynarinfo.Az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 20 iyul 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş, 21 iyul 2016-cı il tarixində 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 8:16-da başa çatıb. 

Qaynarinfo.Az