Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) "Xəzər-3” üzən qazma qurğusunda yanğın olub.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, hazırda fəaliyyət göstərməyən yağ nasosxanasında 50 m² sahədə yağ və mazut qalıqları yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər qurğunu yanğından mühafizə ediblər.