Xəbər lenti

Xəzər dənizində zəlzələ oldu
Ölkə05:00 12.06.2023

Xəzər dənizində zəlzələ oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 12-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, yerli vaxtla saat 05:09-da qeydə alınan zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.
Qobustan rayonunda isə 3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 57 kilometr dərinlikdə yerləşib.