Xəbər lenti

Xəzər İH: "Şəhid dəfnində çəkiliş aparmağa heç kəsə icazə verilmir"
Ölkə10:50 02.11.2020

Xəzər İH: "Şəhid dəfnində çəkiliş aparmağa heç kəsə icazə verilmir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Şəhid dəfnində çəkiliş aparmağa heç bir kəsə icazə verilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında Xəzər rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Üzrə Şöbənin rəhbəri Gülbala Qurbanov şəhid əkiz qardaşlar İman və Bəhrəm Elman oğlunun dəfnindən danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən qurum tərəfindən şəhidin əmisinə qarşı heç bir kobudluq olunmayıb:

"Hansı adam şəhidin əmisinə qarşı kobudluq edər? Bu barədə aidiyyatı qurumlardan hamıya xəbərdarlıq edilib. Yəni, doğrudanmı dövlətimizin əleyhinə gedən insanlar var? Bunu yazan fikirləşmirmi ki, dövlətin əleyhinə gedir? Çəkiliş olmaz. Toy deyil ki, çəkiliş aparır? İnşallah, qələbə qazanırıq, istədikləri qədər qələbə paradından şəkil çəkərlər".

Gülbala Qurbanov qeyd edib ki, bütün şəhidlər ehtiramla dəfn olunur:

"Şəhid nə əminin, nə atanın, nə ananın, nə bacı-qardaşın deyil, şəhid xalqın və dövlətindir. Əkizlərin ailəsini yaxından tanıyıram. Halal olsun onların atası Elman kişiyə. Dedi ki, lazım olsa, özü də bu vətənə qurbandı. Diqqətli olmalıyıq, düşməni hər yerdə məğlub eləməliyik".

Qeyd edək ki, sosial şəbəkədə Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinın məsul şəxsi tərəfindən şəhid, əkiz qardaşlar İman və Bəhrəm Elman oğlunun dəfnində şəhidin əmisinə qarşı kobudluq edildiyi bildirilib. İzləyicilər şəhidin əmisinə dəfndən çəkiliş etməyə icazə verilmədiyini qeyd edib.

Bahar Rüstəmli