
Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar. Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.
Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib. Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
Qaynar.info