Xəbər lenti

Xəzərdə batan balıqçının cəsədi tapıldı
Ölkə10:00 09.10.2016

Xəzərdə batan balıqçının cəsədi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 8-də Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər balıqçı dənizdə batıb.
Qaynarinfo.Az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 1962-ci il təvəllüdlü, Rəqibov Xalıq Sabir oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.
Qaynarinfo.Az