Xəbər lenti

Xəzərdə bu balıqların ovlanması qadağan olundu
Ölkə07:20 27.12.2013

Xəzərdə bu balıqların ovlanması qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzəryanı ölkələr nərəkimilərin kommersiya məqsədli ovlanmasına qadağa qoyulması barədə razılığa gəliblər

Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan 2014-cü ildə Xəzərdə nərəkimilərin kommersiya məqsədli ovlanmasına qadağa qoyulması barədə razılığa gəliblər.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Xəzərin su bioresursları komissiyasının dekabrın 23-25-də Həştərxanda keçirilən iclasından sonra bildirilib. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ilin ikinci yarısında Həştərxanda keçiriləcək zirvə toplantısında imzalanmaq üçün hazırlanacaq.  

Qaynar.info