Xəbər lenti

Xəzərdə daha bir nəfər boğuldu
Ölkə18:59 06.08.2015

Xəzərdə daha bir nəfər boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunda dənizdə batma faktı qeydə alınıb. 

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3000 metr aralı nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlunun suda batması haqqında məlumat daxil olub. 

B.Mikayılovun cəsədi “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 20:40-da başa çatıb. 

Qaynar.info