Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Facebook" hesabında Neft Daşlarında neft sızması haqda xəbər paylaşıb. Qaynar.info xəbər verir ki, hüquq müdafiəçisi bunları yazıb:
“Hörmətli ARDNŞ nümayəndələri! Səhər tezdən indiyədək Neft Daşlarında 23-26-cı meydançadan dənizə neft sızır. Bayram qurtarmadı?”
M.Qəhrəmanlı dənizə neft sızması əks olunan fotoları da paylaşıb. Həmin fotoları da təqdim edirik.
Qeyd edək ki, martın əvvəllərində Xəzər dənizində “BP-Azərbaycan” şirkətininneft platformasından dənizə 100 tona yaxın kimyəvi maddə dağılmışdı. Məlumatı “BP-Azərbaycan” şirkətinin mətbuat katibinin başçısı da təsdiqləmişdi.
Qaynar.info


