Xəbər lenti

Xəzərdə dalğaların hündürlüyü 7.5 metrə çatıb (YENİLƏNİB)
Ölkə18:17 05.08.2019

Xəzərdə dalğaların hündürlüyü 7.5 metrə çatıb (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında küləyin sürəti güclənib.

ETSN-nin Milli hidrometerologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-gərb küləyi əsir, Sumgayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında  26 m/s-dək güclənib, dənizdə dalğanın hündürlüyü 7,5 metrə catır.
Azərbaycanın rayonlarında küləyin sürəti, Neftçalada 33 m/s-dək güclənib.
 ****
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə müşahidə olunan faktiki hava şəraitini açıqlayıb.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, 5 avqust səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Bakıda və Abşeron yarımadasında küləyin sürəti Bakıda və Sumqayıtda 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir. 
Azərbaycanın rayonlarında: Qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s, Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.