Xəbər lenti

Xəzərdə dalğanın hündürlüyü 2.2 metrə çatır - FAKTİKİ HAVA
Ölkə13:53 05.02.2021

Xəzərdə dalğanın hündürlüyü 2.2 metrə çatır - FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə ərazisində faktiki hava açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, fevralın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib.
Küləyin sürəti Daşkəsəndə 25 m/s, Gəncədə 24 m/s,  Xaçmaz, Naftalanda 22 m/s, Mərəzə, Xınalıq, Ağstafada 20 m/s, Şəkidə 19 m/s, Tovuz, Yardımlı, Gədəbəydə 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Pirallahıda 20 m/s, Qum adasında 18 m/s, Binədə 17 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.