Xəbər lenti

Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatdı
Ölkə16:35 17.05.2020

Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, saat 20:00-a olan məlumata görə, qərb küləyi Naftalan, Neftçalada 26 m/s, Ağstafada 22 m/s, Göyçayda 21 m/s, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20 m/s, Tərtər, İmişlidə 18 m/s, Sabirabadda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Qum adasında 26 m/s, Sumqayıt, Maştağa, Çilov adasında 22 m/s, Bakıda 20 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.