"Həm anamın qəbrini qoyub gedə bilməzdim, həm də yaşaya bilmərəm şəhərdə, rayonda, ümumiyyətlə, başqa yerdə. Başım götürməzdi."
- Bax, bu evin azı 100 yaşı var, gözümü açıb onu görmüşəm.Mənim atam da, atamın atası da burada yaşayıb. Ulu babalarım deyilənəgörə, Kuban tərəflərdən gəliblər buralara. Niyə? Heç soruşmamışdım,düzü...
Hisdən qapqara qaralmış çaydanınıgötürüb, gedir ocaq qalamağa. Çünki onun yaşadığı evdə nə qaz var, nəişıq. Onun yaşadığı evdə ondan başqa heç kim yaşamır. Ümumiyyətlə, onunyaşadığı bu adada ondan başqa kimsə yoxdu. Təkdi, hərdən balıqçılar buadaya yön alır sınıq-salxaq qayıqları ilə. Vəssalam…
Vitali deyir ki, indi hər tərəfini kol-kos basmış bu ada vaxtıyla nəinki Neftçalanın, Azərbaycanın ən yaxşı kəndlərindən olub.
-Bu adada iki kənd vardı. Biri Jarovka, biri Kurkosa. Eh, bütün Neftçalabizə həsədlə baxardı. Varlı-hallı yaşayardıq. Min hektarlarla üzümlük,narlıq, balıq zavodu, mal-qaranın sayı-hesabı yox, hamının da işi var.Hamı da 8 saatını işləyib səhərəcən yeyib-içib, dincəlirdi. İndi adınıdiskoteka qoyublar e. Hər axşam bütün kənd kluba rəqsə yığışardı. Hərhalda, mən gözümü açandan buraları belə görmüşəm.
1952-ciildə anadan olub Vitali Pronin. Atası Vladimir fəhlə, anası Antoninaklub müdiriymiş. Orta məktəbi də elə burada bitirib, əsgərliyə gedib,qayıdıb elə kolxozdaca traktorçu işləməyə başlayıb. Sonra evlənib. Ammaoğul-uşaq atası olmayıb Vitalik. İki qardaşı, iki bacısı varmış.Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isəRusiyanın Tolyatti şəhərində yaşayırlar. Biz Vitalinin qardaş vəbacılarını bir daha xatırlayacağıq. Amma hələ ki, 1981-ci ilinsentyabrına qayıdaq.
- Həmin il sentyabrın 14-dən etibarən Xəzər tədricən qalxmağa başladı.

Ammayenə də bir müddət quruyla əlaqə qalırdı. Mən həmin vaxt kənddəolmamışam, Rusiyadaydım, Podolskda işləyirdim. Nə işləyəcəm, fəhlə.Deyəsən, noyabr ayı idi, kəndə qayıdırdım. Neftçalaya çatanda xəbərtutdum ki, yol bağlıdı. Amma müəyyən yerlərdən keçib getmək mümkün idi.Birtəhər qayıqla evimizə gəlib çıxdım. Həmin vaxt atam-anam, iki bacımbir qardaşım bir yerdə yaşayırdıq. Böyük qardaşım Valentin bizdənayrılmışdı, köçüb getmişdi. Bir müddət kənddə qaldım, elə traktorçuişləməyə davam etdim. 4 il sonra yenidən Rusiyaya getdim. Daha iki ilkeçdi, birdəfəlik qayıtdım. Çünki bacIlarım ərə getmişdi, qardaşım İvanda evlənib əvvəl Bakıya, sonra isə Moskvaya köçmüşdü. Valideynlərim dəxahiş etdilər ki, qayıdım, tək-tənha qalmışdılar. 2002-də həyat yoldaşmıitirdim. Bir il sonra atamı, daha sonra anamı, Antonina İvanovnanı.Beləcə… Sən çayını iç, baxma ki çaynik qapqaradı, ocaq çayıdır, samovarçayından da dadlı olur.
Bayaqdan termosda dəmlədiyi çayı fincanlara süzür. Bir siqaret də yandırıb, damağına qoyur. Gözləri yol çəkir…
- Darıxmırsan burada təkcə?

-Öyrənmişəm tək qalmağa, çoxdan öyrənmişəm. Bir dəfə hələ işığım olanda“Pole Çudes”ə baxırdım. Çoxdan e, lap çoxdan. Həmin verilişin qonaqlarıməşhur aktyorlar idi, Abdulov, Nikulin, deyəsən bir də Tixonov idi. Ondaaparıcı Yakuboviç aktyorlara ən qısa lətifə danışmağı xahiş etdi.Nikulin bircə kəlmə dedi: “Bunu içək, “Pole çudes”in sağlığına”. Hamıayaq üstə alqışladı. Bunu içək, elə bizim bu “pole çudes”imizin,Kurkosamızın sağlığına. Çayını iç. Sonrasına baxarıq”.
Gülür. Bir siqaret də yandırır.
-Anam öləndən sonra tamamilə tək qaldım. Bizim kəndin qəbiristanlığınıda dəniz yuyub aparıb. Mən sonradan burdan bir az aralıda təzəqəbiristanlıq saldım. Cəmi 4 qəbir var orada. Və beşdən artıq qəbirolmayacaq. Sonuncu mənim qəbrim… Mən anamın qəbrini atıb gedə bilmərəm,başa düşürsənmi? Bu qəbir mənim dərdləşdiyim yerdir. Hər gecə yuxumagirir anam və anamın qəbri. Başqa yerə gedə bilmərəm, dəli olaram.

Vitalideyir, dəniz qalxandan sonra sovet hökuməti əhalini Neftçalanı Müşfiqdeyilən yerinə köçürdü. Evlər tikdi, iş yerləri açdı. Amma getməyənlərdə oldu. Dəniz yavaş yavaş adanı yedikcə artıq burada qalmağın heçmənasını olmadığını görüb, hamı adanı tərk etdi. Bircə ana-balaProninlərdən başqa.
- Hər səhər anamla dənizqırağına gedib, uzaqlara baxardıq. Hər qayıq gələndə anam elə bilirdiki, indicə qardaşlarım da qayıqdan düşəcək, onun boynuna sarılacaq. Ammayazıq arvad nə biləydi ki, oğlanları heç onun dəfninə belə gəlməyəcək.
- Niyə gəlmədilər ki?
-Bilmirəm, amma bacılarım xəbər etmişdi onlara. Qardaşlarımla əlaqəni 25ildən çoxdur ki, kəsmişəm. Bircə dəfə də nə məni, nə anamı axtardılar.Heç bilmirəm harada yaşayırlar, ölüblər, qalıblar. Heç mənə lazım dadeyillər. Amma bacılarım...
Hə, bacıları Qalyavə Nadya analarının yasına gəliblər. Özü də minbir əziyyətlə. ƏvvəlNeftçalaya, sonra Sahil adlanan yerə, oradan da qayıqla 17 km məsafə qətedib, Kurkosaya. Və geri Tolyattiyə qayıdanda Vitaliyə az qala yalvarıbhər iki bacı: “nə görmüsən bu adada təkcə? Daha heç kim qalmayıb, birvəhşi atlardı, bir də bu vəhşi inəklər. Gəl aparaq səni”. Vitali isəbütün yalvarışlara rəğmən heç yerə getməyəcəyini deyib.
-Bayaq dedim, həm anamın qəbrini qoyub gedə bilməzdim, həm də yaşayabilmərəm şəhərdə, rayonda, ümumiyyətlə, başqa yerdə. Başım götürməzdi.Yazıq qızlar ağlaya-ağlaya getdilər. Mən də onların boyunlarınqucaqlayıb ağladım, məndən narahat olmayın dedim. Yazıq, balacamızNadenka qayıq gözdən itənədək əl elədi (Kövrəlir).
Vitalideyir ki, adada quşların, xüsusən də flaminqoların səsindən rahatlıqtapır. Nə maşın səsi var, nə televizor, nə də insan səs-küyü. “Əsəblərimdə yerindədir, nə başım ağrıyır, nə ürəyim”.
- Hər səhər tezdən dururam. Bax, bu qara çaynikin altını odlayıb, əl-üzümü yuyuram.

Səhəryeməyimi yeyib, başlayıram eşələnməyə. Nə eşələnmək? O qədər iş var ki?Toyuq-cücəni yemləyirəm. İtin, pişiyin yemini verirəm. Bax, bu yandakartof əkmişəm - evin arxasını göstərir - orayla məşğul oluram. Sonrabaşlayıram tor toxumağa.

Birdə görürsən, əlavə işlər də çıxır. Məsələn, evin ora-burasında problemolur. Oranı təmir edirəm, beləcə axşam düşür. Lampamı yandırıb, otururamözüm üçün. Ya da axşam gedib dayanıram sahildə. Dənizlə baş-başa. Səngecə dalğaların səsinə qulaq asmısan? Bakıda yox e, oranın dalğalarınısəsi başqa cürdür. Burada, adamsız bu adada. İnsanın ruhu dincəlir. Birsaat bəs edir, gəlib girirsən yerinə, elə rahat yatırsan ki...

Deyiryemək və eləcə də içmək tərəfdən problemi yoxdur. Balıq şorbası, əşi nəşorba e, “balıqdan 50 cür yemək hazırlayaram . Buğlama da, dolma da, yada çöl quşlarından neçə cür təam”.
- Buradaqaban da var. Amma qabandan qorxuram. Elə atlardan da. Vəhşiləşiblər.Atlar o qədər vəhşiləşib ki, artıq dəniz suyu içirlər. Onları tutub rameləmək çox çətindir. Amma inəkləri mümkündür. Onların südü candərmanıdır, biləsən. Kəsəndə kəsirik, amma nəyimə lazımdı, onsuz dayemək sarıdan burada problem yoxdur. Donuzlarla isə çox çətindir. Onlaradamlara cuma bilər. Yox, mənim evimdən çox uzaqdadırlar. Bu tərəflərəhərlənmirlər. Amma nə biləsən, bir də gördün rastına çıxdı. Hər halda,ehtiyatlı olmalısan. Bir də çaqqallar. Hər gecə gəlib evimin qabağındamahnı oxuyurlar. Bir saat, iki saat ulayıb gedirlər (Gülür).
- Bəs qorxmursan?
-Deyim ki, yox, yalan olar. Sürüylə gəlirlər, adama cumsalar,parçalayarlar. Amma çölə çıxmıram. Lampanı yandıran kimi həyətdən yoxolurlar. Bilirsən niyə gəlirlər bura? Həyətdəki buzovlara görə. İnəkdoğan kimi elə bil iy bilirlər. Elə olub ki, inək çöldə doğub, balasıqalıb ortada. Özü gedib otlamağa. Çaqqallar cumub parçalayıblar.Sonradan o inəyin səsindən səhərə kimi yata bilməmişəm. Yazıq balasınıaxtarır axı. Bir dəfə təzə doğulan buzovu 4-5 çaqqalın əlindən alıb evəgətirmişəm. İnək balasının dalınca gəlib onu həyətdə tapdı. Necəyalayırdı balasını...
- Bəs atlar?
-Atlar çox çətin məsələdi. Burada hardasa min başa qədər at olar. Bəzənbalıqçılar necəsə tutub aparılar, quruda əhliləşdirirlər. Amma nadirhallarda olur belə. Onları ram etmək çox çətindir. Həm də qorxuludur.Çünki vura bilər. Hərəsi 300-400 kilodur. Vursa, adamı öldürər.

Deyir, həftədə, on gündə bir dəfə sahilə balıqçılar çıxır. Ona lazım olan ərzağı da onlar alıb gətirilər.
-Çay, qənd, paltar yumaq üçün lazım olanları. Qalan hər şey var burada.Bir az yaşlaşmışam, əlacım olsa taxıl da əkərəm. Ucsuz-bucaqsız yerdi.Amma yoruluram, baxammaram. Sən bilirsənmi burada necə şirin su çıxır.Balıqçılar bidonlarla aparılar suyu buradan. Çox gözəl suyu var. Duraqiki metr qazaq, su fontan vuracaq. İnəklər də elə şirin suya gəlirlər.Onlar dəniz suyu içə bilmirlər. Bir də görürsən, yüzü birdən gəldiinəkli-buzovlu. Buranın hər yanı dənizdir, amma Allahın möcüzəsidir,haranı qazsan, şirin su çıxır.
- Bəs dünyadan, olan-qalandan necə xəbər tutursan?
-Gələnlər danışır. Həm də nəyimə gərəkdi dünya, o, bu. Lazımım olsaydı,gedib Neftçalada yaşayardım da. Başım dinc, qulağım dinc. Rayonda daevim var. Heç pensiyamın dalınca da getmirəm. Bilmirəm nə qədərdi. Zahid(balıqçı dostu) deyir ki, 180 manatdır. Kartım da ondadır. Lazım olanıalıb gətirir.

Eviüç otaqlıdır. Deyirəm, evdən balıq iyi gəlir. Gülür, “bəs nə iyigəlsin?” Köhnə şifoner, şkaflar, çarpayı, eyvandakı yaşı bəlkə dəəllini, altmışı ötmüş məişət əşyaları. Hətta üzərində “1924-cü il”yazılmış daş ütü də var. Pəncərənin önünə onlarla alışqan düzüb.
- Neynirsən bunları?
-İnan ki hamısı xarabdır. Amma bir də görürsən möcüzə baş verir axı.Qəfil alışqanım qurtarır, kibritim yoxdur. Gəlirəm bu pəncərənin önünə,bir-bir yoxlayıram. Və möcüzə baş verir, biri yanır.
- Bəs bu əmzik nədir?
- Onu dəniz vurub çıxarmışdı sahilə. Götürüb gəldim evə.
- Nəyinə lazımdır ki?
-Nə bilim, uşaqları, onlara aid əşyaları çox sevirəm. Mənim övladımolmayıb, bəlkə də ona görədir. Qalıb da burada, kimə nə maneçiliyi?Bəlkə nə vaxtsa bura bir uşaq da gələr. Əmziyi isə evdə qalmış olar...Nə isə. Götür, xoş gəlmisən. Vuraq e. Mənə fikir vermə, sən ye. Özü dəçox ye. Çünki bir azdan acacaqsan, burada hava adamı tez acdırır…
Bayaqdan Vitaliylə Azərbaycan dilində danışırıq. Tər-təmiz bilir Azərbaycan dilini. Deyir ana dilimdi də, necə olmalıdır ki?
- Mən rus dilini unuduram yavaş-yavaş. Kiminlə danışacam ki? Heç azərbaycanca danışmağa adam tapa bilmirəm (Gülür).
***
Darvazada sağollaşırıq. Bayaqdan, Allah bilir, neçənci siqaretini yandırır.
- Sənə bir “Cümə” lazımdı, Vitya. Belə çətin olacaq sənə.
Gözlərini qıyıb, ürəkdolusu gülür.
- “Cümə” lazım olanda rayona gedirəm… O da ildə bir dəfə, iki dəfə… (Yenə bic-bic gülür)
Və qəfil:
- Vitya ayın neçəsidi?
Çiçək açmış alça ağacına baxır:
- Aprel ayıdır…
***
Şərdüşür. Geri qayıtmalıyıq. Bu tənha adam yenə tənha ada ilə baş-başaqalacaq. Atlar, inəklər, qabanlar arasında. Öz evində, tək-tənha. Birazdan hisli lampasını yandıracaq, bəlkə də dəniz qırağına gedəcəkdalğaların səsinə qulaq asmağa. Və ən əsası, buranı heç vaxt tərk etməkistəməyəcək. Çünki bura onun vətənidir.
Səbuhi Məmmədli
Foto - Ramil ZeynalovMənbə: Lent.az


