Xəbər lenti

Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? (VİDEO)
Video 09:19 13.06.2025

Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? (VİDEO)

Son günlər sosial şəbəkələrdə Xəzər dənizində ilanın üzməsi ilə bağlı görüntülər yayılıb.

Kadrlarda ilanın sahilə yaxın məsafədə müşahidə edilməsi insanları qorxuya salıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, Xəzər dənizinin girintili-çıxıntılı, daşlı-qayalı, qamışlı ərazilərində suilanına tez-tez rast gəlinir:

"Onlar quruya yumurta qoymaq üçün çıxırlar. Suilanının insan üçün qorxulu deyil, zəhərli sancması yoxdur. Çimərliyə gedərkən ilanlarla qarşılaşmaq istəmirsinizsə, o zaman girintili-çıxıntılı, daşlı-qayalı yerlərdən uzaq gəzməyiniz məsləhətdir".

Ətraflı Baku TV-nin süjetində:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->