Xəbər lenti

Xəzərdən meyiti tapılan neftçinin şəxsiyyəti bilindi
Ölkə08:21 07.03.2017

Xəzərdən meyiti tapılan neftçinin şəxsiyyəti bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meyit Elçin Həsənova məxsusdur.

Bir neçə gün əvvəl meyiti tapılan neftçinin şəxsiyyəti bilindi. İstiPress xəbər verir ki, onun Həsənov Elçin Yaqub oğlu olduğu müəyyyən edilib.  

Xəzərdə faciə dekabrın 15-də səhər saat 05.00 radələrində baş verib. Dənizdə 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 1. Zülfüqarov Güloglan - maşinist 2. Zülfüqarov Azay - operator 3. Qurbanov Vidadi - operator 4. Həsənov Elçin - mexanik 5. Hacıəliyev Həsənağa - operator 6. Qafarov İlham - operator 7. Əsədov Samir - operator 8. Bəhrəmov Cavid - operator 9. Abbasov Ramiz - maşinist 10. Rüstəmov Qorxmaz - operator. Bu zamana kimi neftçilərdən 4-nün meyiti tapılıb.

Qaynar.Az