
Bir vaxtlar dənizə hasar çəkmək, darvaza qoymaq qeyri-adilikidi. Hətta ağılsızlıq kimi görünərdi. İndi isə bu ağılsızlıq dəb halınıalıb. Xəzər sahilində hektarlarla torpaq sahələrini alan, zəbt edənməmurlar dənizə darvaza qoymaqda, hasar çəkməkdə bəhsə giriblər.
Bakının Türkan qəsəbəsində, dəniz sahilində belədarvazaların, hasarların sayı hər il artır. Artıq dənizə yol sadəcəyoxdur! Bu sarıdan şikayətləri eşidən dövlət qurumu, idarəsi də yoxkimidir.
“...zəbt edən müdafiə sənayesi naziri Yavər Camalovdur”
Birneçə gün əvvəl “Yeni Müsavat”a danışan Müsavat Partiyası Sabunçu rayontəşkilatının sədri Rafiq İsmayıl dəniz üzünə həsrət qaldığını demişdi:“Türkan qəsəbəsində dənizdən 220 metr məsafədə bağım var. Mən həmişəailə üzlərimlə ora gedirdim. İndi oranı zəbt ediblər. Deyilənə görə,oranı zəbt edən müdafiə sənayesi naziri Yavər Camalovdur. Dənizə keçməküçün yarım metr də olsa, yer qoymayıb, hər yeri hasarlayıblar. Bir metrəyer qoymayıblar ki, insanlar keçib dənizdən istifadə etsinlər. Bu çoxbiabırçı bir situasiyadır. Heydər Əliyevin vaxtında dənizin sahilinə 130metr yaxınlaşmaq olmazdı. İlham Əliyevin zamanında isə bu məsafə 50metrə çatdırıldı. Bunlar nə prezidentin fərmanını sayırlar, nə də ki,başqa bir şey. Bu da xuliqanlığın bir növüdür. Ya da bunu planlı şəkildəedirlər ki, camaatı ayağa qaldırsınlar. Təsəvvür edin ki, sizdən 200metr aralıda dəniz yerləşir və siz ondan istifadə edə bilmirsiz. 20ildir ki, mənim orada bağ evim var və dənizdən istifadə etmişəm. İndiisə həsrətlə baxa-baxa qalmışam. Onlar öz maraqları üçün hektarlarla yeralıb, dənizi də zəbt ediblər. Bunlar heç kimi saymırlar”.
“1 milyon verib, 2 milyon verib özü bilər”
Türkana yollanıb Rafiq İsmayılın üzləşdiyi problemlə baş-başa qalan qəsəbə sakinləri ilə görüşdük.
Kəndsakini Məhəmməd deyir ki, nazirlərin, komitə sədrlərinin Türkandaçoxsaylı bağları var: “Yavər Camalovun buradan bir başqa yerdə də bağıvar. Bax bu 2 hektar torpağı elə qonşuluğunda vətəgəsi olanBalaqardaşdan alıb. 1 milyon verib, 2 milyon verib özü bilər. Biz kasıbcamaatı onun kimə nə verməsi maraqlandırmır. Yavər Camalov buranı alandaqonşular sevindi ki, yola asfalt çəkirlər. Bağa rahat gedib gələrik.Bir də baxdıq ki, fəhlə-ustaları töküb bura. Dərin bir özül qazdılar.Bax burdan düz dənizin içinə qədər. Beton töküb üstündə də 5 metrhündürlükdə hasar çəkdilər. Dənizə gedən yola da iri darvaza qoyubbağladılar. Bu acgözlük, görməmişlikdir. Belə də yazın - ay nazir, ayadam bu camaat dənizə haradan getsin? Adam kişi olar, yol bağlamaz. Beləharınsan, pulun var, get ermənidən 2 hektar al. Görək bacararsan?"
“Adam ol da, yolu kəsmə”
1942-ciil təvəllüdlü Vladimir Viktoroviç Kudelin Türkana ilk dəfə 1966-cı ildəgəlib. Elə o vaxtdan da burada bağ salıb: “Biz Aleksandra İvanovna ilə”Kimyaneftmaş"da işləmişik. Mən 46, həyat yoldaşım orada 40 ilə yaxınçalışıb. 66-cı ilin fevralında bizə buranı bağ sahəsi kimi vermişdilər. Odövrdə buralar çöllük idi. Canavar, çaqqal, dovşan dolu idi. İndi ancaqçaqqallar qalıb...
Biz dövrün xoşbəxt adamları idik. Ər-arvadçimərlik paltarında dənizə gedirdik. İndi yaşlaşmışam, gözlərim tutulub,infarkt keçirmişəm. Bu səbəbdən də mənə dəniz vannası daha çoxlazımdır. İndi də gəlib yolumuzu bağlayıblar. Pis bilirsiz nədir? Buadamları hökumət görmək istəmir. O adamlar ki, bu işi görürlər heç yaxşıadamlar deyil. Axı bu dünyanın malını özünüzlə aparmayacaqsız. Onlar buhasarı çəkməklə burada yaşayanları mənim kimi kor qoydular. Siz yüksəkvəzifəli ola bilərsiz. Acgöz olmayın! Bir parça torpaq qoyun da bucamaat da getsin dənizə. Villa tik, imarət tik, malikanə tik bizprokurorluq deyilik ki, səndən hansı pula tikdiyinin hesabını soraq.Amma adam ol da, yolu kəsmə. Bu yolu mən şəxsən düzəltmişəm. Onu dagötürüb hasar çəkirsən. Allahdan qorxun, övladlarınıza bu qədər insanınlənətini qazandırmayın".
“Türkanda hakimiyyət orqanları yoxdur?”
V.Kudelinetiraz səslərinin prezidentə çatmadığını deyir: “Mən Aleksandr Kudelinikartof əkməyimin üstündə az qala həbs edirdilər. Deyirdilər ki, kartofəkib varlanmaq istəyirsən. Bu sovet dövrü idi. Telefon, yol yox idi.İndi bunlar var. Dünyanın o başında olandan bu başında xəbər tuturuq.Axı necə ola bilər ki, bu qədər insanın yolunu bağlayasan, sənin bədəməlini də heç kim görməsin? Türkanda hakimiyyət orqanları yoxdur?Gözlərim tutulub deyə günümü radioya qulaq asmaqla keçirirəm.
“Krımda baş verənlər burada təkrarlana bilər”
İndiKrımda baş verənlər burada təkrarlana bilər. Orada da belə idi.Camaatın etirazlarını eşitmirdilər, görmürdülər. Yeni hakimiyyət gəldivə bütün harınların Qara dəniz sahilindəki yolu bağlayan malikanələrinibuldozer qabağına verib başlarına uçurdu. Bizim yolumuzu bağlayan həmin oşəxsə deyirəm - vicdanınız olsun. Deməli siz insansız, biz isə insandeyilik? Sizin Allahınız var?"
“Siz də ora getməyin, buraxmayacaqlar”
A.Kudelindeyir ki, yeni varlı qonşuları dənizə darvaza qoyub və heç kimiərazidən keçməyə imkan vermir: “Siz də ora getməyin, buraxmayacaqlar.Mühafizəçiləri var, qoymurlar. Bizim üzümüzə də darvazaları bağlayıbqoymurlar”.
Türkandakı bağ evində yaşayan Taleh Hüseynli isə deyirki, nazir dənizə hasar çəkib darvaza qoydurandan sonra çimərliyə getməküçün 4-5 kilometr yol qət etməli olurlar: “Bağa gəldin, dənizəgetmədinsə, bağda nə işin var? Elə otur şəhərdə də. Biz indi elə birvəziyyətə düşmüşük ki, bilmirik şəhərin istisindən, his-pasından,toz-dumanından başımızı götürüb hara gedək? Əvvəllər 200-300 metr gedibdənizə çatırdıq. İndi gərək vertolyot alaq ki, bunların hasarlarınıaşaq. Bu qədər acgözlük, harınlıq olmaz axı...”
“Bu acgözlərin əlindən dənizə də gedə bilmirik”
“ZeynəbXanlarova çıxdı parlamentdə danışdı. Dedi ki, Nardaranda dənizə getməkolmur. Harınlamış, qudurğan, büdcədən xalqın milyonlarını oğurlayanlardənizə hasar çəkiblər. Türkanda da belədir. Yay gəldi, dəniz mövsümübaşladı, bu acgözlərin əlindən dənizə də gedə bilmirik. Allah bəlalarınıversin...”. 3 uşaq anası olan Hüsniyyə Məmmədova belə deyir.
“Mehriban Əliyevaya yazılan məktublar itir!”
Onunsözlərinə görə məsələ ilə bağlı Xəzər rayonun deputatı MehribanƏliyevaya bir neçə məktub yazıblar: “Məktublarımız ünvana çatmır. Yoldaitir. Əlacımız ona qalıb ki, Heydər Əliyev fonduna gedək, şikayətimiziəlbəl verək. Həkim uşağa dəniz qumu yazıb. Biz də köçümüzü götürübgəlmişik bağa ki, uşağı dənizə aparaq, xəstəliyi keçsin. Gəlib görürükki, yolu kəsib böyük bir hasar çəkiblər, bir yekə darvazanı da qoyublaryolun ortasına. Bunu görən yoxdur?”
Dinlədiyimiz həmsöhbətlərimizbizə 2 hektarlıq əraziyə getməməyi məsləhət görürlər. Deyirlər ki,jurnalist olduğumuzu bilib döyərlər: “Bura Türkandır, torpaq üstündəolan davalarda polis qaçır gizlənir. Kriminalların sözü keçir burda. Oragetməyin...”
“Təğyiri-libas olub nazirin bağına giririk...”
Onuda öyrənirik ki, əraziyə hər gün “İkarus” markalı avtobusla işçilərgətirilir. Nazirin malikanəsini inşa etmək üçün gecə-gündüz əraziyə ağırtonnajlı yük maşınları ilə daş-qum daşınır. Sakinlər fəhlə-ustalarıdaşıyan “İkarus”un nömrə nişanını da verdilər - Az 10 GT 146. Sakinlərindediklərini seyr etmək üçün təğyiri-libas olub dənizə qoyulandarvazanın əks tərəfinə keçdik. Ərazidə bir neçə traktor yer hamarlayır,usta-fəhlələr gözə dəyir. Darvazadan 10-15 metr dəniz istiqamətinəaddımlayandan sonra qarşıma qaçaraq bir şəxs gəlir. Uzaqdan əlininişarəsi ilə geri qayıtmağımı istəyir. Əhəmiyyət verməyib yola davamedirəm.
“Qardaş keç get, bizi çörəkdən eləmə”
Həmin şəxs yaxınlaşandan sonra aramızda belə bir dialoq oldu:
- Bura şəxsi ərazidir, geri qayıt.
- Ayda-ildə 1 dəfə dənizə gəlirik, onda da imkan vermirsiz...
- Geri qayıt!
- Bəs haradan gedim?
- Mən buraları tanımıram. Bir başqa yolla get...
-Kasıb adamıq, imkan ver yolumuzu gedək də...
- Vallah qoymurlar.
- Kim qoymur?
- Qoymurlar də.
- Adı nədir?
- Heç özüm bilmirəm, bizə deyiblər ki, bura heç kimi buraxma, şəxsi ərazidir.
- Dəniz də şəxsi ərazidir?
- Qardaş keç get, bizi çörəkdən eləmə.
Beləcə,mühafizəçi səddini aşıb dəniz sahilinə çatıram. Ərazini “qucaqlayan”daş hasarın hər iki ucu dənizin içinə qədər uzanır. Dənizin içinətökülən iri daş parçalarının üzərində də, hasarın iç hissəsində olantorpaqdakı kimi tikinti aparmaq üçün hazırlıq işləri görülür. Dənizsahilinin 200-300 metrini sadə türkanlıların üzünə bağlayan bu ərazidənXəzər sahilinin qarış-qarış hasarlandığını daha aydın sezmək olur...
“Yeni Müsavat”










