Xəbər lenti

Xəzərin suyu rəngini dəyişib - VİDEO
Ölkə16:21 08.01.2018

Xəzərin suyu rəngini dəyişib - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər Qazaxıstanın Aktau şəhərinin sakinləri Xəzər dənizinin suyunun qırmızı rəngə çaldığını müşahidə edirlər.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, Manqışlaq vilayətinin Ekologiya departamentinin rəhbəri Ruslan Tukenov bildirib ki, bu, Xəzərdə qırmızı yosunların bir yerə cəm olması ilə əlaqədardır.
O qeyd edib ki, departamentin mütəxəssisləri sudan və yosunlardan nümunələr götürüblər: "Hazırda analizlər aparılır. İlkin məlumata əsasən, dəniz suyu qırmızı yosunlara görə rəngini dəyişib”.
R.Tukenov hər hansı təhlükənin olmadığını da vurğulayıb: "Bu, təbii prosesdir. Fırtına səbəbindən çoxlu sayda yosun sahilə yaxınlaşır və suyun rənginin dəyişdiyini görürük”.
Qeyd edək ki, qırmızı yosunların ümumilikdə 3800 növü var, onlardan 25-i Xəzərdədir.