Xəbər lenti

Xiaomi elektromobil də istehsal edəcək - İcazə alındı
Texnologiya 21:15 23.08.2023

Xiaomi elektromobil də istehsal edəcək - İcazə alındı

Xiaomi Korporasiyası Çinin dövlət tənzimləyicisindən elektrik avtomobilləri (EV) istehsalı üçün icazə alıb. Bu da smartfon istehsalçısının gələn ilin əvvəlinə qədər avtomobil istehsal etmək məqsədinə doğru böyük bir addımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məsələ ilə bağlı məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.

Çinin avtomobil sənayesində yeni investisiya və istehsal potensialını tənzimləyən Milli İnkişaf və İslahat Komissiyası (NDRC), bu ayın əvvəlində Xiaomi-nin Pekində elektrikli avtomobil istehsalına yaşıl işıq yandırıb.

Xiaomi 2017-ci ilin sonundan bəri NDRC-dən razılıq alan dördüncü şirkət olub. 

NDRC qərarı Xiaomi-ni elektrik avtomobillərinin kütləvi istehsalına yaxınlaşdırsa da, müəssisənin hələ də yeni avtomobil istehsalçılarını və modellərini texniki tələblərə və təhlükəsizlik baxımından qiymətləndirən Sənaye və İnformasiya Nazirliyindən (MIIT) razılıq alması lazımdır. 

Xiaomi avtomobil biznesinə on il ərzində 10 milyard dollar sərmayə qoymağı vəd edib və 2024-cü ilin birinci yarısında ilk avtomobillərinin kütləvi istehsalını qarşısına məqsəd qoyub. Lakin müddətin yerinə yetirilə biləcəyinə dair şübhələr var. Belə ki, NDRC təklifin həddindən artıq böyük olması və sektorda tələbin yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən EV şirkətləri üçün yeni planları təsdiqləməkdə ehtiyatlı davranır. 
Komissiyanın təsdiqini gözləyərkən Xiaomi Pekində ildə 200.000 elektrik avtomobili istehsal edə bilən fabrikin tikintisini başa çatdırıb. 
Mənbələrdən biri bildirib ki, Xiaomi gələn il təxminən 100 min elektromobil istehsal etməyi planlaşdırır.

Anonimlik şərti ilə iki Xiaomi əməkdaşı Reuters-ə bildirib ki, şirkət dekabr ayında istehsalı artırmağa hazırlaşaraq, keçən həftədən öz zavodunda işçilərin işə qəbulunu sürətləndirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->