Xəbər lenti

XİN-dən Pakistandakı terror aktına sərt münasibət
Ölkə17:34 26.08.2024

XİN-dən Pakistandakı terror aktına sərt münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xarici İşlər Nazirliyi (XİN) Pakistanda 51 nəfərin ölümü ilə nəticələnən terror aktını sərt qınayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə XİN-in "X” səhifəsində məlumat verilib.

"Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.