Xəbər lenti

XİN-dən Xocalı aeroportu açıqlaması
Ölkə10:54 02.05.2013

XİN-dən Xocalı aeroportu açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Araz Əzimov: “Xocalı aeroportunun açılması nə leqal, nə siyasi yolla mümkündür”

“Ermənistan nə itirəcəyini anlamalıdır”

“Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir. Lakin ATƏT-in Minsk Qrupunun münaqişəni nizamlamaq istiqamətində fəaliyyəti nəticə vermir, bu, bizdə narahatlıq doğurur”. APA-nın məlumatına görə, bu açıqlamanı Ankarada jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O qeyd edib ki, Ermənistan nə aldığını və nə itirə biləcəyini anlamalıdır. Xocalı aeroportunun açılması məsələsinə gəldikdə isə, Araz Əzimov bildirib ki, bu, nə leqal, nə də siyasi yolla mümkündür.

Xarici işlər nazirinin müavini Rusiyanın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasında xüsusi rol oynadığını vurğulayıb.

Qaynar.info