Xəbər lenti

XİN: "PKK-nın azərbaycanlılara hücumu araşdırılır"
Ölkə12:44 01.08.2015

XİN: "PKK-nın azərbaycanlılara hücumu araşdırılır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi ötən gecə Türkiyədə 35-ə yaxın Azərbaycan vətəndaşının PKK terrorçuları tərəfindən saxlanılması barədə məlumata rəsmi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev anspress-ə çıqlama verərək qeyd edib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğuna lazımı tapşırıqlar verilib və məsələ araşdırlır.
"Hazırda Qarsdakı baş konsulluğumuz hadisə yerinə yaxın olduğu üçün bütün lazımı tədbirləri onlar həyata keçirir. Əgər hücuma məruz qalan şəxslər sənədləri alındığı üçün ölkəmizə qayıda bilmirlərsə və ya hər hansısa bir çətinliklə qarşılaşıblarsa bu şəhərdəki baş konsulluğumuzun qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Əlaqə nömrələri:
0090- 0538- 038- 3870
0090- 4742-231-361".
Xatırladaq ki, PKK terrorçuları ötən gün gecə saatlarında Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq 70 nəfəri girov götürüblər. Onların arasında azərbaycanlılar da olub. Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıb. Ərzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayevin verdiyi məlumata görə, ötən gecə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş. Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu dərədən aşırıblar. Sənədləri olmayan bəzi sərnişinlər indi avtobusun çıxarılmasını və geri qayıdacaqları anı gözləyirlər. 
Xatırladaq ki, iyulun 17-də PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar. 
Qaynar.info