Xəbər lenti

XİN: Türkiyədə haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edildi
Ölkə18:21 10.02.2023

XİN: Türkiyədə haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.
XİN-dən Qaynarinfo-ya verilən məlumata görə, Səfirlik əməkdaşları sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.