İki gündür işıqsız qalan Qubanın Xınalıq kəndinə və ətraf 3 yaşayış məntəqəsinə enerji verilişi bərpa olunub. Bu barədə Azərişıq ASC-nin Quba rəsmisi Taleh Səfərov İstiPress-in şimal bürosuna məlumat verib.
Xatırladaq ki, Xınalığa və ətraf kəndlərə işığın verilişi güclü külək səbəbindən aprelin 22-si səhər saatlatından dayandırılmışdır. Bu gün Azərişığın qəza briqadası ərazidə bərpa işləri aparandan sonra kəndlərə işıq verilib
Qaynar.Az