Xəbər lenti

Xınalıqda 18 dərəcə şaxta var
Ölkə07:09 28.01.2017

Xınalıqda 18 dərəcə şaxta var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hazırda Qubanın Xınalıq kəndində 18 dərəcə şaxta müşahidə edilir”.

Bu barədə kənd sakinləri məlumat verib.

Bildirilib ki, kəndə gedən yollar buz bağlayıb, gediş-gəliş məhdudlaşıb:

“İnsanlar məcbur qalmadıqca yollara çıxmır. Hazırda da qar az-az yağmada davam edir. Amma güclü şaxta var”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. (modern.az)

Qaynarinfo.Az