Xəbər lenti

Xırdalan partlayışı: 3 nəfəri xilas etmək mümkün deyil - ŞOK
Ölkə11:20 08.09.2014

Xırdalan partlayışı: 3 nəfəri xilas etmək mümkün deyil - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xırdalanda partlayış baş verən verən binanın dağıntıları altında qalan 3 nəfərin tezliklə çıxarılması mümkün olmayacaq.

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Abşeron polisindən məlumat verilib.

"Hazırda binada xilasetmə işləri mümkün deyil. Panellərə əl vurulsa bütün bina çökə bilər. Bu isə həm dağıntılar altında qalanların, həm də xilasedicilərin həyatı üçün təhlükə törədə bilər", - bildirilib.

FHN-nin nümayəndələri bildiriblər ki, binanın ətrafında xilasetmə işlərinin aparılması üçün şərait yoxdur.

Dağıntılar altında qalan şəxslərin adları da məlum olub. Məharət Abbasov, bacısı bacısı Kifayət Abbasova və qızı Könül Abbasova hələ də dağıntılar altında qalıb.

Aznews.az-ın verdiyi məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov digər 3 şəxsin dağıntılar altından təcili şəkildə çıxarılması üçün əraziyə əlavə texnikanın dərhal cəlb edilməsi barədə göstəriş verib.

Qaynar.info