Xəbər lenti

Xırdalanda avtobus qəzası - FOTOLAR
Ölkə13:14 18.06.2016

Xırdalanda avtobus qəzası - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Xırdalan şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qaynarinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində 192 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yolun ortasında işıq dirəyinə çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlərin bir ağır xəsarət alıb.
Qəzanın zərəri bununla bitməyib. Yol kənarındakı işıq dirəkləri də sıradan çıxıb. Hadisədən dərhal sonra elektrik dirəkləri bərpa olunub. Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun sükanında yaranan texniki nasazlıq səbəb olub. Həmin vaxt avtobus yüksək sürətlə hərəkət edirmiş. Nəticədə avtobus əvvəlcə bardürə, daha sonra iki işıq dirəyinə çırpılıb. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.
Qaynarinfo.az