Xəbər lenti

Bakıda baş vermiş avtobus qəzasının ilkin səbəbi açıqlandı
Ölkə18:38 07.12.2018

Bakıda baş vermiş avtobus qəzasının ilkin səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl Xocahəsən qəsəbəsində baş verən qəzanın ilkin səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ilkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib.
"Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-174" DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq", - deyə mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.