Xəbər lenti

Xırdalanda güclü partlayış: ölən var - FOTO / YENİLƏNİR
Ölkə06:03 08.09.2014

Xırdalanda güclü partlayış: ölən var - FOTO / YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
09:45

Azərbaycanda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
 
Hadisə ilə bağlı Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Musavat.comun hadisə yerində olan əməkdaşı Röya Rəfiyevanın verdiyi xəbərə görə, dağıntıların altında hələ də 5 nəfərin qaldığı, onlardan ikisinin uşaq olduğu bildirilir. Onların xilas edilməsi üçün tədbirlər görülür. Dağıntının miqyası böyükdür. Hər tərəfə məişət avadanlıqları səpələnib.

***

Dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur.
 
Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

11:03

Musavat.com-un reportyoru Röya Rəfiyevanının Xırdalandan verdiyi, ancaq hələ dəqiqləşdirə bilmədiyimiz məlumata görə, partlayışdan sonra yaranmış dağıntıların altından çıxarılan bir gənc qadın Bakıda yerləşən xəstəxənalardan birinə aparılarkən yolda keçinib. Bundan başqa səkkiz yaşlı qız dağıntıların arasından sağ çıxaılıb. Onun atası isə hələ də daş qalaqlarının altındadır.

Xilasetmə tədbirləri davam edir.

Qaynar.info