
09:11
Abşeronda kriminal aləmin adamlarının pul mübahisəsi zamanı atışma baş verib. Bir nəfər ölüb, digəri yaralanıb.
"Qaynar"-ın yeniçağ.az-a istinadən məlumatına görə, hadisə Xırdalan çəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs makarov tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.Faktla əlaqədar cinayət işi başlanıb.
10:51
"Qaynar" report-a istinadla xəbər verir ki, insident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.
Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi, hələ ki, məlum deyil.
Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlində "Makarov" tipli tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.