Xəbər lenti

Xızı meşələrində yanğın yenidən başladı - Rəsmi açıqlama
Ölkə12:59 01.08.2015

Xızı meşələrində yanğın yenidən başladı - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xızı dağlarında yenidən yanğın başlayıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonunda dağlıq ərazidə sıx kol-kos və meşə ərazisinin bir hissəsində yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Qaynar.info