Xəbər lenti

Xızıda müəllimlərin avtobusu aşdı: 3 ölü, 20 yaralı var - Yenilənib 5 + FOTOLAR, VİDEO
Ölkə06:20 30.05.2016

Xızıda müəllimlərin avtobusu aşdı: 3 ölü, 20 yaralı var - Yenilənib 5 + FOTOLAR, VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov yaralılara baş çəkmək üçün Siyəzən rayonuna gəlib.
Prorektor “Report”a bildirib ki, müəllimlər kollektiv şəkildə istirahətə gediblər: “Qəza onlar istirahətdən qayıdarkən baş verib. Xəbəri eşidən kimi Xızıya, oradan da Siyəzən rayonuna gəlmişəm. Buradan da Sumqayıt şəhərindəki yaralılara baş çəkəcəyəm”.
30 may 10:20
*   *   *   *
Xızı rayonu ərazisnidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 
Xızı rayonunun Altıağac qəsəbəsində ağır yol qəzası baş verib. “Report” xəbər verir ki, axşam saatlarında avtobusun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər yaralanıb.
Yaralılar Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda yaralıların sayı artmaqdadır. Siyəzən Polis şöbəsinin əməkdaşları tərəfindən xəstəxananın girişinə post qoyulub, yaralıların qohumları içəri buraxılmır.
*   *   *
Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətinin üzvlərini daşıyan avtobus qəzaya uğrayıb. Qəza müəllimlər Altıağac qəsəbəsində istirahətdən Bakıya qayıdarkən biş verib.
Yaralılardan hələ ki, ikisinin adı məlum olub:
1951-ci il təvəllüdlü Mikayılov Çaylar Əryan oğlu,
1980-ci il təvəllüdlü Əliyeva İradə Sabir qızı
*  *  *
Xızıda avtobusun aşması nəticəsində yaralananların sayı 21 nəfərə çatıb, 2 nəfər ölüb. Ölənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur. Həyatını itirən digər müəllim qadındır.
Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, 5 nəfər Sumqayıt şəhər Travmatologiya Təcili Tibbi Yardım Mərkəzinə, 1 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
*  *  *
Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobusun Xızıdan Bakıya qayıdarkən qəzaya uğraması nəticəsində ölən 2 nəfər və yaralılardan 16 nəfərin adları məlum olub. “Report” xəbər verir ki, ölənlər 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyevadır.
Yaralılar:
Rzayev Rasim Səfa oğlu, 1955
Rəhmanova Lalə Rəhman qızı, 1975
Kazımlı Nigar İlham qızı (Lalə Rəhmanovanın qızı, şagird), 2005
Mollayeva İndra, 1964
Mikayılov Çaylar, 1951
Abdullayev Qafar, 1950
Abdullayev Nizami, 1959
Qurbanov Əsəd, 1966
Rəhimova Ziba
Fərhadova Leyla
Fərhadov Rasim,
Əliyeva Hədiyyə
Feyzullayev İsmayıl
Əliyeva İradə,
Fərzəliyeva Fərqanə
Ağabəyli Vüsalə
*   *   *
Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.
Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
Ağır vəziyyətdə xəstəxanaya  yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Qaynarinfo.az