Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xocahəsən qəsəbəsində qeydə alınan yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.
16.12
Xocasən qəsəbəsində yanğın başlayıb.
Qaynarinfo "BakuPost"a istinadən xəbər verir ki, yolun kənarında yerləşən yeşik sexində başlayan yanğın ətrafdakı evlərə də keçib. Nəticədə 3-4 evə ciddi zərər dəyib.
Hadisə yerinə FHN-nin yanğın söndürmə briqadası cəlb olunub.