Xəbər lenti

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salındı
Ölkə09:02 11.09.2025

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xocavənd rayonunun Qırmızıbazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
Qaynarinfo xəbər verir ki, bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür.
Onlardan 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.