XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xocəsəndə su xəttində baş verən qəza aradan qaldırıldı
Ölkə17:33 17.08.2026

Xocəsəndə su xəttində baş verən qəza aradan qaldırıldı

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermis qəza aradan qaldırılıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttində baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılıb, təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub. Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.

Qeyd edək ki, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə qəza-bərpa briqadası əraziyə cəlb olunub.