Xəbər lenti

Xoşqədəm Hidayətqızı hansı məşhurun meyitini gətirdi? - FOTOLAR
Ölkə05:44 28.11.2013

Xoşqədəm Hidayətqızı hansı məşhurun meyitini gətirdi? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən axşam Bakı Hava limanında “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı cənazə gətirərkən görüntülənib.

Qaynar.info xəbər verir ki,  “Axar.az” sosial şəbəkədən aldığı bu informasiyanı X.Hidayətqızının özü ilə aydınlaşdırıb. Həddən artıq yorğun və üzülmüş olduğunu bildirən telejurnalist bir anaya oğlunun cənazəsini gətirməyin nə qədər kədərli olduğunu izah etməkdə çətinlik çəkdiyini söyləyib: “Sarsıntı içindəyəm, övladını tapdıq, amma sağ deyil, cənazəsini gətiririk. Çox üzülürəm...” 

Oğul cənazəsinin kimə aid olduğuna gəldikdə isə X.Hidayətqızı bu barədə danışa bilməyəcəyini deyib.

Qaynar.info