Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı və əri Doğuş ev axtarışına başladılar.
Anspress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, tanınmış müğənni yeni albomu üzərində iş bitər-bitməz həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə İstanbula gedib.
Azərbaycanın paytaxtı Bakıda yaşayan Doğuş İstanbulda da qalmaq üçün villa axtarışına başlayıb.
Yeni albomdan sonra Doğuş ilə həyat yoldaşının tez-tez İstanbul və Bakıya gedib-gələcəyi gözlənilir.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı ANS televiziyasında iki verilişin aparıcısıdır. Bunlar "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən"dir.
Qaynar.info