Xəbər lenti

"Xozeyn" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Ölkə15:22 04.06.2025

"Xozeyn" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nərimanov Rayon Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Tiktokerin vəkili Yusif Seyfəlov Oxu.Az-a açıqlamasında bildirib ki, məhkəmə vəsatəti təmin edib.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Vüqar Kərimova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
O, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.