Xəbər lenti

Xroniki kofein istehlakı beyinə necə təsir edir? (ARAŞDIRMA)
Sağlamlıq 20:41 25.11.2023

Xroniki kofein istehlakı beyinə necə təsir edir? (ARAŞDIRMA)

Braun Universiteti və Rod-Aylenddəki Butler Xəstəxanasından olan amerikalı alimlər xroniki kofein istehlakının beynin öyrənmə və uyğunlaşma qabiliyyətinə necə təsir etdiyini araşdırıblar. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Psychiatry" (FIP) elmi jurnalında dərc olunub.

Kofein təkcə qəhvədə deyil, həm də çayda, sodada və digər qidalarda tapılan ümumi stimullaşdırıcı olaraq qalır. Bu maddə konsentrasiyanı yaxşılaşdırmağa kömək edir, lakin onun beyin nöroplastikliyinə təsiri tam başa düşülmür. Neyroplastiklik beynin təcrübənin təsiri altında dəyişmək və itirilmiş sinir əlaqələrini bərpa etmək qabiliyyətinə aiddir.

Kofeinin uzunmüddətli təsirinin beyinə təsiri haqqında daha çox öyrənmək üçün alimlər təkrarlanan transkranial maqnit stimullaşdırılması (rTSM) adlı üsuldan istifadə ediblər. Onlar sinir fəaliyyətində dəyişikliklərə səbəb olmaq və neyrooplastiklik ilə əlaqəli prosesləri təqlid etmək üçün beynin müəyyən sahələrinə maqnit impulsları tətbiq ediblər.

Eksperimentdə 20 nəfər iştirak edib. Onlardan 16-sı müntəzəm olaraq kofein qəbul edib, qalan dördü isə tərkibində kofein olan məhsullardan imtina edib.

Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən iştirakçılar qəbul etməyənlərə nisbətən fərqli beyin reaksiyalarına malikdir. Kofeindən qaçanların beyinləri neyronların stimullaşdırılmasına daha güclü reaksiya göstərib. Kofein içənlər də sinir reaksiyası göstəriblər, lakin əhəmiyyətli dərəcədə zəif olub.

Bu o deməkdir ki, xroniki kofein istifadəçilərinin öyrənmə və yaddaşla əlaqəli beyin plastikliyi qabiliyyətinin azaldığı ortaya çıxıb.

Tədqiqat müəllifləri Coşua Braun və Meqan Viqne "Bizim tapıntılarımız göstərir ki, xroniki kofein istehlakı öyrənmə və yaddaşın hüceyrə əsası olduğu düşünülən sinaptik plastikliyi azalda bilər", deyə bildiriblər.

Alimlər əlavə ediblər ki, kofein nevroplastikaya iki şəkildə təsir edir. Əvvəlki araşdırmalar stimullaşdırıcının yaddaş və idrak qabiliyyətlərini yaxşılaşdıra biləcəyini göstərib. Ancaq uzun müddətli istifadə ilə təsir əksinə olur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->