Xəbər lenti

Xudatda yırtıcılar kəndə hücum edib - FOTOLAR
Ölkə14:26 22.11.2014

Xudatda yırtıcılar kəndə hücum edib - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xudat şəhərində yırtıcı heyvanlar şəxsi təsərrüfata hücum edib. Qaynar.info APA-ya istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə 49 yaşlı şəhər sakini İsmayıl Muradovun həyətyanı sahəsində qeydə alınıb. 
Yırtıcılar ev sahibinə məxsus 40 hindquşunu, 1 ördəyi və 12 toyuğu  parçalayıb. Təsərrüfatının 70 ev quşundan ibarət olduğunu bildirən zərərçəkən hadisənin baş verdiyi vaxt heç bir səs eşitmədiyini qeyd edib. Yırtıcıların hücumu nəticəsində İ.Muradova min manatdan artıq ziyan dəyib.
Əraziyə Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları gəlib. Onlar ərazini dezinfeksiya ediblər. Sakinlər onu da bildirib ki, bundan öncə də sözügedən ərazidə yırtıcıların evlərə hücum etməsi faktları baş verib. 
Qaynar.info