
Qaynar.info Coyya Reffonun (Gioia Reffo) İtaliyanın “lettera43” qəzetində dərc edilmiş məqaləni təqdim edir:
İndi biz şəkillər düzəldib, onları sosial şəbəkələrdə heyrətamiz panorama fonunda paylaşa bilərik. Biz kinoya baxıb həmin dəqiqə onu Twitter-də şərh edə bilərik. 10 il əvvəl biz bunların hamısını bir anda edə bilməzdik.
İndi müasir texnologiyaların köməkliyi ilə çox işi bir anda görmək mümkündür. Onlar bu effektlə bizim informasiyanı yadda saxlamaq bacarığımızı, yeni şeylər öyrənmək və düşüncə bacarığımızdan istifadəni dəyişdirir.
Düşüncə bacarığımıza təsiri. Alimlər sübut edir ki, əgər yaddaşımızı gücə salsaq bu bütövlükdə beynimizin fəaliyyətinə mənfi təsir göstərəcək.”Uzunmüddətli yaddaş- beynimizi arxivləşdirmə sistemidir,- deyir Nikolas Karr (Nicholas Carr), “İnternet bizi axmaq edir? Şəbəkə bizim beynimizi necə dəyişdirir?” kimi əsərlərin müəllifidir”.- Faktları unuda bilsək, bu zaman yeni ideyalar formalaşdırmaq bacarığından məhrum olarıq.”
Qısa müddətli yaddaşın güvənliliyi. Karr öz kitabında izah edir: “Uzunmüddətli yaddaş qeyri-məhdud həcmə malikdir, qısamüddətli yaddaş isə məhdud və kövrəkdir. Bizim diqqətimizdə olan fasilə, həmin andakı informasiyanın bizim beynimizdən yox olmasına gətirib çıxara bilər”.
Yüksək texnologiyadan istifadə nəticəsində yaddaşımızı modifikasiya etməyin beş yolu var.
1.İfrat dərəcədə informasiya yadda saxlamaq qabiliyətimizi azaldır və dərrakəni zəiflədir.
Hətta internetdən bir neçə dəqiqəlik istifadə informasiyanı arxivləşdirməyimizə çətinlik yarada bilər. Bizim çoxumuz gündəlik informasiya və məlumat axınını effektiv idarə etməyi bacarmırıq. Amerikalı Toni Şvarç (Tony Schwarth) müəyyən məqsəd üçün lazımlı olan informasiyanı yadda saxlayan işçi yaddaşı stəkanla müqayisə etdi: “Bu, su ilə dolu stəkanın içinə su tökmək kimidir, stəkandakı su daşacaq”. Biz daim bizə gələn və bir-birini əvəz edən informasiyaları itiririk. Yeni informasiya üçün yer yoxdu.
Əlaqəsiz faktlar. Şvarçın fikrinə görə,”söhbət xarici təcrübədən gedir, ona görə ki, biz informasiyanı yalnız qısa müddətliyinə yadımızda saxlaya bilirik. İnformasiyanı qəbul etmək və onun mənasını başa düşmək çətindi, ona görə ki, o, həddən artıq çoxdu”. Buna görə də biz özümüzü informasiya ilə həddən artıq yüklənmiş hiss edirik.”Bizdə sonsuz sayda fakt var ki, onları mənası olan mövzu ilə bağlaya bilmərik”,- izah etdi Şvarç.
2. İnternet bizim beynimizdə xarici disk rolunu oynamağa başlayır
Alimlər aşkar ediblər ki, bizim yerimizə yadda saxlayan rəqəmsal vasitələrə sahib olmaqla biz yaddaşımızı işlətməyə daha az meylli oluruq.
Bu yaxınlarda Scientific American jurnalında insan beynini sərt disklə müqayisə edən məqalə dərc olunmuşdu və izah olunurdu ki, xatırlama bacarığı yeni rəqəmsal qurğularla əvəz olunub.
Sosial proses pozulub.”Tarixən yaddaş – bu, sosial prosesdir,- məqalədə deyilir. - Biz müəyyən məlumatları yadda saxlayırıq və onları başqaları ilə müqayisə edirik, onlar isə öz növbəsində bizim unutduğumuz informasiyanı bizlə paylaşırlar. Hansısa dərəcədə biz beynimizin işini, yaddaşın necə olduğunu sosial çevrəmizdəki insanlara nümayiş etdiririk”. İndi bunu bizim yerimizə internet yerinə yetirir: hansısa faktı yoxlamaq istədikdə biz dostumuzdan soruşmaq əvəzinə birbaşa ”Google“ açırıq.
3.Kollektiv yaddaş individual yaddaşı zəiflədir.
Yadasalma prosesində diqqət böyük rol oynayır. Ancaq biz tvitterdə film və ya şəklə rəy bildirdikdə, ordakı hadisə ətraflı yadımızda qalmayacaq. Təcrübəmizi başqaları ilə paylaşdıqca biz, öz yaddaşımıza zərər verəb kollektiv yaddaşı yaradırıq.
Diqqət çatışmazlığı.”Bizim bəzi informasiyaları yaddan çıxarmamız, həddən artıq məşqul olmağımızla əlaqədardır, - yaddaş pozulması Nyu-York tibb mərkəzi (Beth İsrael medical Center) klinikasının direktoru Zaldi S. Tan (Zaldy S. Tan) belə hesab edir,- biz diqqətimiz dağınıq olan zaman baş veren hadisələri yada salmaqda çətinlik çəkirik və bir müddət sonra informasiyanı yada sala bilmirik.
4.Bilik öz fərdi qiymətini itirir.
Biz texnologiyalardan çox istifadə etdikdə, informasiyanın ayrı-ayrı hissələrini bir sxemde görə bilmirik. “Biz çox zaman informasiyanı hissələrə ayırırıq sonra isə birləşdirə bilmirik,- Harvardda fizika professoru Djon Edvard Xat (John Edward Huth) belə izah edir. – Bu, baş verdikdə, bilik öz fərdi qiymətini itirir”.
İtirilmiş detallar. Xırda detalları yadda saxlamaq üçün bizə daha geniş anlayış lazımdır. Detalları beynimizdə saxlamaq üçün bizə geniş kontekst lazımdır.
5. Rəqəmsal erada doğulmuşların yaddaşı daha tez itir.
2013-cü il amerikan araşdırmalarına əsasən, keçən əsrin 80-ci illərindən 3-cü minilliyə kimi anadan olanlar, bir sözlə kimin bu gün 24-35 arası yaşı varsa onlar əksərən bu günün tarixini bilmirlər. (cavanların 15%). ”Evin açarı hardadı” sualına informasiya partlayışından əvvəl doğulan cavanların 14%-i və yaşlıların 8%i cavab verə bilmədilər. Alimlərin fikrincə, yaddaş itkisi cavanlarda stresslə, depressiya ilə bağlıdı: ”Cavan nəsil bütün texnoloji yeniliklərdən istifadə etdi və onların çox sayda məşğuliyyəti yuxusuzluğa və yaddaş itkisinə gətirib çıxartdı.
Tərcümə: Novruz Musayev
Qaynar.info