Xəbər lenti

Yadigar Sadıqlının üzünə duran şəxs onu ölümlə hədələdi
Ölkə12:30 13.01.2014

Yadigar Sadıqlının üzünə duran şəxs onu ölümlə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün günortadan sonra Lənkəranda Müsavat başqanının müşaviri Yadigar Sadqlının məhkəməsi başlanıb.

Bu barədə musavat.com-a Lənkəranda olan əməkdaşı xəbər verib.

Onun sözlərinə görə, məhkəmyə ictimai diqqət yüksək olub və prosesdə iştirak etmək istəyənlər çoxdur.

Bundan başqa, Müsavat rəhbərliyini bir hissəsi də fəal müsavatçı bloggerin, ali məktəb müəlliminin məhkəmə prosesində iştrirak etmək üçün Lənkərana gəlib, məhkəmə iclasına qatılıblar.

Reportyorumuzun verdiyi xəbərə görə, proses zamanı Y.Sadıqlının vəkilləri çıxış edərək istintaqın bütün arqumentlərinin əsassız və qərəzli olduğunu bildiriblər. Yadigar Sadıqlının üzünə duraraq onun tutulmasına vəsilə olan şəxs - narkotik maddələr aludəçisi Rəşad Kərimov isə Y.Sadıqovu və onun vəkillərini ölümlə hədələyib.

Xatırladaq ki, Yadigar Sadlqlı 2013-cü ilin iyun ayında Lənkəranda şərlənərək həbs edilib.

Qaynar.info