Xəbər lenti

Yadigar Sadıqov dostu ilə görüşüb
Ölkə15:57 18.07.2013

Yadigar Sadıqov dostu ilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ayın sonlarında həbs olunan Müsavat başqanının müşaviri Yadigar Sadıqov dostu və partiya yoldaşı Elman Fəttahla görüşüb. 

Bu, Yadigar Sadıqova verilən ilk görüşdür. Bu haqda xəbəri Elman Fəttah öz facebook səhifəsində yazıb: “Bu gün Yadigar Sadiqovla görüşdüm. Bəyin əhvalı çox yüksəkdir. Bütün dostlara salamı var. Müdafiəsinə qoşulan hər kəsə - müsavatçılara, hüquq müdafiəçilərinə, jurnalistlərə təşəkkür etdi. Mətbuatı mütəmadi ala bilməsə də, siyasi proseslər haqda məlumatlıdır. Xədicə İsmayılın “demokratiya üçün süpür” prinsipiallığını alqışladığını bildirdi. “Xədicə xanım, zatən ölkənin zibilliklərini süpürməklə məşguldur”. 

Müsavata qarşı söylənən hədyanlar haqda isə “bu hədyanları deyən anlayışsız və qərəzli şəxslərlə mübahisə etməkdənsə, Kürdəxanı türməsində qalmaq yaxşıdır” deyir. Və sonda xüsusi qeyd etdi siz dostlara çatdırım ki, Kürdəxanıda televizorlar plazmadır. Bu səbəbdən özünü əsl müxalifətçi kimi hiss edir.”

Qaynar.info