
Sabah Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi təsis edilir
İyulun 3-də Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsinin təsis toplantısı keçiriləcək. Müsavat Partiyasından “Azadlıq.TV”-yə verilən məlumata görə, təsis toplantısı saat 14:00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında baş tutacaq. Arzu edən hər kəs tədbirə dəvətlidir.
Qeyd edək ki, iyunun 27-də Lənkəran Rayon Məhkəməsi Y. Sadıqov barəsində 2 ay müddətinə həbsqətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Y. Sadıqov hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Y. Sadıqov vətəndaşı döyməkdə ittiham edilir. Müxalifət partiyaları, yerli və beynəlxalq təşkilatlar Y. Sadıqovun siyasi fəaliyyətinə görə həbs edildiyini bəyan ediblər.