Xəbər lenti

Yadigar Sadıqovu Lənkərana aparırlar
Ölkə13:41 19.08.2013

Yadigar Sadıqovu Lənkərana aparırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun avqustun 22-də Lənkərana aparılacağı xəbəri yayılıb. 

Deyilənə görə, onu Lənkərana istintaq hərəkətləri üçün aparırlar. 

Bu məlumata münasibət bildirən Y.Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah musavat.com-a deyib ki, yayılmış söz-söhbətə inanmırlar: “Biz düşünmürük ki, Yadigar bəyi istintaq hərəkəti ilə əlaqədar aparırlar. Çox güman ki, onu həbs müddətini uzatmaq üçün Lənkəran məhkəməsinə aparırlar.”

Xatırladaq ki, iyunun 27-də Y.Sadıqov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib.

Qaynar.info